"Barselona"dan müdafiəçi transfer etmək istəyir – Türkiyə nəhəngi

15 Avqust 2024 10:20 Türkiyə 927
"Barselona"dan müdafiəçi transfer etmək istəyir – Türkiyə nəhəngi

"Beşiktaş" müdafiə xəttini yeni oyunçu ilə gücləndirmək istəyir.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisi "Barselona"da çıxış edən Mikayil Fayeni transfer etmək istəyir.

Bu barədə "Sabah" nəşri məlumat yayıb.

"Qara qartallar"ın baş məşqçisi Covanni van Bronkhorst seneqallı mərkəz müdafiəçisini komandasında görəm istəyir. "Beşiktaş" 20 yaşlı futbolçu üçün ispaniya klubuna təklif göndərəcək.

"Barselona" Mikayil Fayeni ötən ilin yayında Xorvatiyanın "Kustosija" klubundan transfer edib.

Seneqal millisinin üzvü Kataloniya təmsilçisinin B komandasında çıxış edib. Gənc oyunçu bu il artıq əsas komandaya cəlb olunub.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 20:00 Çək və bizə göndər!
19 Oktyabr 18:10 Mahirə ehtiyac duymadılar
19 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 03:20 "Quba" ilə bacarmadılar