COP29

Ramin Musayev: “Yalandan pul töküb xarici məşqçi gətirməyə ehtiyac yoxdur”

12 İyun 01:20 Türkiyə 1 386
Ramin Musayev: “Yalandan pul töküb xarici məşqçi gətirməyə ehtiyac yoxdur”

“Bu sahədə 20 illik təcrübəsi olan biri kimi deyə bilərəm ki, yerli baş məşqçidən yapışmaq lazımdır”.

Sportinfo.az xəbər verir ki, bunu idman.bizə Peşəkar Futbol Liqasının (PFL) sabiq prezidenti Ramin Musayev deyib.

PFL-in sabiq rəhbəri Azərbaycan millisində baş məşqçi postuna əcnəbinin gətirilməsinin də əleyhinə olduğunu vurğulayıb:

“AFFA-nın yeni prezidenti Rövşən Nəcəf bu sahədə düzgün qərar verəcək. O, gəncdir və istəklidir.

Fikrimcə, öz məşqçilərimizdən yaxşısı yoxdur. Yerli futbolçularımızın nəyə malik oluğunu çox gözəl bilir.

Ancaq ona da müəyyən səlahiyyətlər verilməli və qarşısına "filankəsi oynatmalısan" kimi şərtlər qoyulmamalıdır. Bir sözlə, xaricdə ehtiyatda oturanları oynatmaq lazım deyil.

Praktikaya nəzər salsaq, əcnəbi baş məşqçilərlə nə əldə etdiyimizi görərik. Bizə heç bir xeyirləri dəyməyib.

Ona görə də yalandan pul töküb xarici məşqçi gətirməyə ehtiyac yoxdur.

Yerli mütəxəssis nəticə verməsə, ən azı sabah şəhərə çıxanda azarkeşdən çəkinəcək ki, qarşımı kəsib sual verərlər. Xarici məşqçi uduzanda isə “nə edim,Ş belə alındı” deyir”.

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 21:20 Mahir Emreli nəsə edib?