”Klubumuz əvvəlki kimi iddialı olacaq və Azərbaycsnı yenidən Avropada təmsil edəcək”

26 Mart 2023 17:40 Turan 537
”Klubumuz əvvəlki kimi iddialı olacaq və Azərbaycsnı yenidən Avropada təmsil edəcək”

“Tovuz hər zaman Azərbaycan futboluna öz töhfəsini verib“.

Bu fikirlər “Turan Tovuz“un Müşahidə Şurasının sədri Rəşid Məhərrəmova məxsusdur.

O bildirib ki, Tovuzda futbola böyük maraq var:

“Burada həmişə istedadlı futbolçular yetişib. SSRİ vaxtında hələ “Neftçi”də tovuzlu futbolçuların sayı heç də az deyildi.

Azərbaycanda ilk peşəkar klub da məhz “Turan Tovuz” olub. 2019-cu ildə Tovuzda futbol akademiyası yaradıldı.

250 gənc burada futbolun sirlərinə yiyələnir. 28 məşqçi onlarla hazırlıq keçir. Bu mövsüm 9 ildən sonra “Turan Tovuz” Premyer Liqaya qayıtdı.

Rəhbərliyin, Futbolun İnkişaf Fondunun səyi nəticəsidə komanda bu gün çempionatda altıncı yeri tutsa da, kjubokda yarımfinla adlayıb.

“Huner Group” Futbolun inkişaf Fondunun səyləri nətciəsində "Turan Tovuz"la əməkdaşlığa başlayıb. İnanıram ki, “Turan Tovuz” əvvəlki kimi iddialı olacaq və Azərbaycsnı yenidən Avropada təmsil edəcək”.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti