Efirə çıxdı, istefası istənilən şəxsi bu sözlərlə müdafiə etdi - VİDEO

14 Aprel 2023 23:40 Turan 1 058
Efirə çıxdı, istefası istənilən şəxsi bu sözlərlə müdafiə etdi - VİDEO

«Tovuzlu azarkeşlər səbirli olmalıdılar, Ayxan Abbasov yaxşı məşqçidir».

Bu sözlər futbol eksperti Emin Abbasova məxsusdur.

O, ATV kanalında yayımlanan «Futbolumuz» verlişində «Turan Tovuz»un baş məşqçisi Ayxan Abbasov haqda danışıb.

Premyer Liqanın 29-cu turu çərçivəsində «Şamaxı» ilə keçirilən matçdan (1:1) sonra bir qrup şəxsin istefasını tələb etdiyi mütəxəssisin müdafiəsinə qalxan ekspert bu tələbin yersiz olduğunu bildirib.

O, Abbasovun Tovuz klubunu Premyer Liqada saxlamaq vəzifəsinin öhdəsindən demək olar gəldiyini söyləyib və bu faktın özlüyündə böyük hadisə olduğunu qeyd edib.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti