Azərbaycan klubu "Mançester Siti"nin yetirməsini transfer etdi - RƏSMİ

8 Aprel 2023 14:40 Turan 714
Azərbaycan klubu "Mançester Siti"nin yetirməsini transfer etdi - RƏSMİ

"Turan Tovuz" heyətini yeni legionerlə gücləndirib.

Sportinfo.az xəbər verir ki, Premyer liqa təmsilçisi Divinie Naahı rənglərinə bağlayıb.

Qanalı yarımmüdafiəçi ilə 3 ay + 1 il müddətində rəsmi müqavilə bağlanıb.

26 yaşlı futbolçu karyerası ərzində “Mançester Siti” (İngiltərə),”Stromqodset” (Norveç), “Breda” (Niderland), “Norşelland” (Danimarka), “Orebro” (İsveç), “Tubiz” (Belçika), “Hapoel” (İsrail), “Mosta” (Malta) komandalarının formasını geyinib.

O, son olaraq Litva “Jalgiris”ində çıxış edib.

Divinie Naah "Turan Tovuz"da 24 nömrəli formanı geyinəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti