FİFA Azərbaycan klubuna icazə verdi – Bu transfer üçün

8 Aprel 2023 11:20 Turan 2 530
FİFA Azərbaycan klubuna icazə verdi – Bu transfer üçün

“Turan Tovuz” yeni legioneri ilə münasibətlərini rəsmiləşdirib.

Premyer Liqanın debütantı bu gün Divine Nahla müqavilə imzalayıb.

Bir neçə gündür düşərgədə yer alan mərkəz yarımmüdafiəçisinin bu qədər gözləməsinə səbəb FİFA-dan icazənin gec gəlməsiylə əlaqədardır.

Nəhayət, dünya futbol təşkilatı dünən axşam saatlarında Tovuz təmsilçisini sevindirib.

O, 3 ay+1 illik anlaşmaya qol çəkib. Buna əsasən, ona ilk aylar 4000 dollar əməkhaqqı ödəniləcək. Növbəti sezonda isə qazancı bir qədər artırılacaq.

«Mançester Siti»nin yetirməsi 2014-2018-ci illəri İngiltərədə keçirib. Premyer Liqa təmsilçisi bu illər ərzində onu müxtəlif ölkələrin klublarına icarəyə verib.

«Stromsqodset» (Norveç), «NAK Breda» (Niderland), «FC Nordşland» (Danimarka), «Örebro SK» (İsveç) və «A.F.C. Tubize»da (Belçika) forma geyinib.

2019-cu ildə İsrailə yollanıb və bir mövsüm «Hapoel Ranana»nun uğurları üçün tər töküb. 2021-ci ildə Maltaya üz tutub, «Mosta»nın şərəfini qoruyub.

Həmin ilin yayında isə bu ölkəni Litvaya dəyişib, o vaxtdan bəri «Kauno Jalqris»də özünü göstərib.

Qışda Rusiya "Kuban"ının düşərgəsində olub. Ancaq klubun fəaliyyətini dayandırmasından sonra işsiz qalıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti