Azərbaycan futbolunda HƏDƏ-QORXU - VİDEO

18 Aprel 2023 09:40 Turan 1 850
Azərbaycan futbolunda HƏDƏ-QORXU - VİDEO

Azərbaycan Premyer Liqasının 30-cu turu çərçivəsində keçirilən “Kəpəz” – “Turan Tovuz” oyunundan (1:0) sonra baş verən insidentin görüntüləri yayılıb.

Qəbələ şəhər stadionunda təşkil olunan matçın ardınca komandaların üzvləri arasında mübahisə düşüb.

Belə ki, Gəncə təmsilçisinin kapitanı Yusif Nəbiyev və Tovuz klubunun qapıçısı Kamal Bayramov arasında gərginlik yaranıb. Futbolçular mübahisə etməyə başlayıb. Hər iki klubun işçiləri onları sakitləşdirməyə çalışıb.

Ardınca Bayramovla “Kəpəz”in mühafizə xidmətinin rəisi Elmar Vəliyev arasında mübahisə düşüb. Kadrlardan bəlli olur ki, gəncəli tərəfdardan kimsə qapıçıya xoş gəlməyən ifadələr işlədir.

O da həmin şəxsə əl işarəsiylə deyir ki, gözlə, səni tapacam və bu söhbəti “çürüdəcəm“. Bundan sonra məsələyə polis qarışıb.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti