Premyer Liqanın son həftələrində uğursuzluq zolağına düşən "Turan Tovuz" dünən azarkeşlərini sevindirdi.
Qərb təmsilçisi Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk görüşündə qələbə qazandı.
Doğma meydanda "Neftçi"ni qəbul edən bölgə klubu minimalhesablı qələbəyə (1:0) sevindi.
Qarşılaşmada yeganə qolu moldovalı legioner Denis Marandiç 74-cü dəqiqədə qonaqların qapısında keçirdi.
Final fitindən sonra Tovuz təmsilçisinin paltardəyişmə otağında əsl qələbəlik yaşanıb.
Futbolçu və məşqçi heyətinin sevincinə klubun sponsoru olun "Huner Group" şirkətinin rəhbəri Ehtiram Quliyev də qoşulub.
O, hər kəsi təbrik edib və ürək sözlərini deyib: "İstədiyimiz bu idi. Hər birinizə əhsən düşür. Bunu bacardız. Hamınızla fəxr edirəm. Eşq olsun sizə!".
Onun çıxışı hər kəsin sürəkli alqışı ilə yekunlaşıb. Bu görüntülər sosial şəbəkədə geniş yayılıb və böyük maraqla qarşılanıb.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

