Azərbaycan klubundan böyük pullar alacaq - SON SÖVDƏLƏŞMƏ

7 Avqust 09:40 Turan 3 075
Azərbaycan klubundan böyük pullar alacaq - SON SÖVDƏLƏŞMƏ

“Turan Tovuz” heyətini yeni futbolçu ilə gücləndirib.

Qərb təmsilçisi serbiyalı müdafiəçi Filip Damyanoviçi transfer edib.

Tərəflər arasında 2 illik müqavilə imzalanıb.

Son olaraq Sloveniya təmsilçisi “Koper”in şərəfini qoruyan 28 yaşlı mərkəz müdafiəçisi vətənində “İMT Novi Beoqrad” və “Vojdovats”ın da şərəfini qoruyub.

Bir müddət Türkiyə Super Liqası təmsilçisi “Konyaspor”un da formasını geyinib.

“Turan Tovuz” balkanlı legionerin keçidi üçün az xərc çəkməyib.

O, burada keçirəcəyi iki il ərzində 500 min dollar civarında pul qazanacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
22 Sentyabr 18:10 Çək və bizə göndər!
22 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM