«Turan Tovuz» Premyer Liqanın 11-ci turunda «Zirə»nin qonağı olub.
Oyunu 10 nəfərlə bitirən qərb təmsilçisi səfərdən 0:0 hesablı nəticə ilə ayrılıb.
Kurban Berbiyevin çalışdırdığı komanda meydanda heç nəylə yadda qalmasa da, matçdan sonra Ehtiram Quliyev yenidən diqqət mərkəzinə düşüb.
Pafoslu monoloq söyləməyə öyrəşmiş İdarə Heyətinin sədri paltardəyişmə otağına gələrək, futbolçularla görüşüb.
Baş məşqçi adəti üzrə yenə otağı tərk edib. Berdiyevin olmadığı yerdə özünü rəhbər kimi hiss eləyən Quliyev «odlu-alovlu» nitq söyləyib.
İş adamı həmişə kimi əla oyun sərgilədiklərini bildirib. Sədrin iddiasına görə, «Turan» bu gedişlə çempionluğa layiqdir.
Onun dediyi bir söz isə heç də birmənalı qarşılanmayıb. Belə ki, hörmətli Ehtiram bəy oyunçularına üzünü tutaraq, «özünüzə hörmət edin» ifadəsini işlədib.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

