Baş məşqçi direktoru Portuqaliyaya göndərdi – Hücumçu transferi üçün

2 Yanvar 12:20 Turan 2 645
Baş məşqçi direktoru Portuqaliyaya göndərdi – Hücumçu transferi üçün

"Turan Tovuz"un marketinq və idman əməliyyatları üzrə direktoru Səməd Nəsibov Portuqaliyaya yollanıb.

Bu barədə klubdan redaksiyamıza məlumat verilib.

Səfərdə məqsəd gəzib əylənmək deyil.

Tovuz klubunun işinin peşəkarı olan yeganə funksioneri bu ölkəyə Kurban Berdiyevin tapşırığı ilə üz tutub.

Belə ki, baş məşqçi xidmətində maraqlı olduğu legionerin transfer məsələlərini həll etməyi ona tapşırıb.

Rusiyalı çalışdırıcının bir könüldən min könülə vurulduğu braziliyalı hücum mövqeyində çıxış eləyir.

O, Portuqaliyanın yüksək liqasında mübarizə aparan klublardan birinə məxsusdur.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 23:40 Bölgə klubunda pul davası!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM