Berdiyevlə bağlı sirrin üstü açıldı - Onu “Putin İlham” Tovuza gətirib, yoxsa..?

1 Noyabr 2024 11:40 Turan 2 361
Berdiyevlə bağlı sirrin üstü açıldı - Onu “Putin İlham” Tovuza gətirib, yoxsa..?

Rusiyada «Rubin», «Rostov» və «Soçi» kimi bir sıra klubları çalışdırmış Kurban Berdiyev artıq 5 aya yaxındır Azərbaycandadır.

O, «Turan Tovuz»la 3 illik müqavilə imzalayıb.

72 yaşlı mütəxəssisin bura necə gəlib çıxmasına dair indiyədək bir çox iddialar ortaya atılıb, müxtəlif fərziyyələr irəli sürülüb.

Tez-tez qarşımıza çıxan xəbərlərdə əsasən azərbaycanlı milyarder İlham Rəhimovun adı çəkilir. İddia olunur ki, Berdiyev məhz Rusiya prezidenti Vladimir Putinin dostu kimi tanınan iş adamının vasitəsilə ölkəmizə təşrif buyurub.

Nəhayət, saytımız bir sıra mötəbər və məlumatlı şəxslərin köməyi ilə əsl həqiqəti üzə çıxarıb.

Saytımıza məlum olub ki, «Putin İlham» ləqəbiylə bilinən milyarder Berdiyevin Azərbaycana gəlməsi prosesində iştirak etməyib. Onun ümumiyyətlə bu təyinatla yaxından-uzaqdan aidiyyatı yoxdur.

Rəhimovun adının hallandığı işi əslində «Turan Tovuz»un idman və əməliyyatlar üzrə direktoru Səməd Nəsibov görüb.

İki ilə yaxındır burada fəaliyyət göstərən funksionerə başqa bir klubun rəsmisi köməklik edib.

Nəsibov həmin şəxsin vasitəçiliyi ilə türkmən kökənli mütəxəssislə əlaqə saxlayıb və yenə həmkarının danışıqlara qoşulmasıyla qarşı tərəfi Azərbaycanda çalışmağa razı salıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
6 Fevral 18:10 Çək və bizə göndər!
6 Fevral 07:30 Bundan az istifadə edin!