![“Xarakter göstərməyə çalışdıq, bütün gücümüzü meydanda qoyduq, belə də davam etməliyik“](https://www.sportinfo.az/media/2024/05/15/198434_9soy8e8b19.jpg)
“Oyun çətin keçdi.
Xarakter göstərməyə çalışdıq, bu matçda 3 xal bizim üçün çox vacib idi”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Turan Tovuz”un hücumçusu Otto Con Premyer Liqanın 34-cü turunda səfərdə “Araz-Naxçıvan”ı 1:0 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.
Nigeriyalı forvard xarakter nümayiş etdirdiklərini bildirib:
“Bütün gücümüzü meydanda göstərdik. Komanda olaraq birlikdə xarakter nümayiş etdirdik və lazım olan 3 xalı qazandıq.
Bu nəticəyə görə sevinirəm. Belə də davam etməliyik”.