“Gücümüz nəyə çatırsa, ondan artığını etmək istəyirik”

16 Sentyabr 21:00 Turan 435
“Gücümüz nəyə çatırsa, ondan artığını etmək istəyirik”

“Bacardığımız qədər yuxarı pillələrdə olmağa çalışacağıq”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Turan Tovuz”un qapıçısı Aydın Bayramov deyib.

Qərb təmsilçisi Premyer Liqada yeni mövsümə uğurlu başlayıb. 5 oyuna 9 xal toplayan tovuzlular turnir cədvəlinin 3-cü pilləsinə yüksəlib.

Yayda “Sumqayıt”ı “Turan”a dəyişən kiper bildirib ki, yarışma ötən illərdən daha gərgin keçir:

“Maraqlı çempionat izləyirik. Xoş haldır ki, stadionumuz hazır olub və artıq evimizə qayıtmışıq.

Yenə doğma azarkeşlərimiz qarşısında oynayacağıq. Çalışacağıq ki, onları sevindirək.

"Turan"ı startdakı mübarizəsinə görə hansı yerlərdə təsəvvür edirəm? Ağır çempionat olacağını bilirik.

Rəqiblərin güclənməyi ilk turlardan hiss olunur. Gücümüz nəyə çatırsa, ondan artığını etmək istəyirik.

Görək necə alınır. Hər halda mənim ümidlərim böyükdür”.

Digər Xəbərlər
Xəbər Lenti