Onların “Neftçi” planı: Ortaya dəhşətli faktlar çıxdı!

25 Aprel 2023 23:40 Turan 2 012
Onların “Neftçi” planı: Ortaya dəhşətli faktlar çıxdı!

Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində “Neftçi” doğma meydanda “Turan Tovuz”u qəbul edəcək.

Aprelin 27-də “Bakcell Arena”da keçiriləcək oyuna hədsiz maraq var.

Xüsusən tovuzlu futbolsevərlər qarşılaşmanı stadionda canlı izləmək üçün ciddi səy göstərir. Oyun günü səhər saatlarında Tovuzdan Bakıya avtobus karvanı yön alacaq.

Bundan başqa, paytaxtda yaşayan xeyli sayda Tovuz və qonşu bölgələrdən olan futbolsevərlər də “Bakcell Arena”nın yolunu tutacaq.

“The Hunans” azarkeş qrupunun rəhbəri, eləcə də, klubun azarkeşlərlə əlaqələndiricisi Kamal Saqqayev Sportinfo.az-a açıqlamasında oyuna hazırlıqla bağlı ən son məlumatı çatdırıb:

“Maraq gözlədiyimizdən də artıqdır. Açığı, ajiotajın bu dərəcədə olmasına yaxşı mənada təəccübləndik. İndiyə qədər Tovuzun özündən və kəndlərindən, eləcə də, Şəmkir və Gəncədən 1000-ə yaxın azarkeş müraciəti almışıq.

Lakin Bakıya aparmaq üçün planda tutduğumuz say 500-550 nəfərdir. Bu isə 8-10 avtobus deməkdir. Məcbur olub azyaşlıları aparmayacağıq. Uzaq yoldur, səfər oyunudur, nə qədər də olmasa risklidir.

Belə deyim, oyun günü Tovuzdan Bakıya azı 500 nəfər yollanacaq. Təxminən bu qədər azarkeş də Bakıda bizə qoşulacaq.

Düzdür, “Neftçi” bizə 800 yer verib. Sayımız 800-ü aşsa, digərləri özü bilet alıb, “Turan Tovuz”u başqa sektordan dəstəkləyəcək. Vacib olan həmin vaxt stadionda olmaqdır”.

Aprelin 27-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Turan Tovuz” qarşılaşması saat 20.00-da başlayacaq.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti