Çempionatımızın ulduzu Tovuzda Messi ilə Ronaldo arasında seçim etdi - VİDEO

25 Aprel 2023 20:00 Turan 1 076
Çempionatımızın ulduzu Tovuzda Messi ilə Ronaldo arasında seçim etdi - VİDEO

“Sabah” Tovuz səfərindən də 3 xalla qayıtmaqla (2:0) turnir cədvəlinin ikinci pilləsindəki mövqeyini möhkəmləndirdi.

Oyun başa çatandan sonra yerli azarkeşlərin “Sabah” sevgisini görmək sözün əsl mənasında təəccüblü idi.

Stadionun ərazisindən kənarlaşdırılan gənc və yeniyetmə futbolsevərlər arenanın qapılarının arxasında dayanaraq, qonaqların ayrı-ayrı futbolçularının adlarını səsləndirir, onları yanlarına çağırırdı.

Aleksey Kaşuk onların xahişini yerinə yetirəndən sonra sıra Coy-Lens Mikelsə çatdı. Çempionatımızın ən yaxşı vingerlərindən biri azarkeşlərin çağırışına hörmət edib onlara yaxınlaşdı.

Hər biri ilə ayrı-ayrılıqda selfi çəkdirdi, bəzilərinə imza verdi və...

Yekunda çoxlarının cavablandırmaqda çətinlik çəkdiyi sualla üz-üzə qaldı: Messi, yoxsa Ronaldo?

Tovuzlu fanatlar bu sualı bir neçə dəfə təkrarlayınca, Mikels məcbur qalıb cavab verdi:

“Messi ən güclüdür, ancaq mən Ronaldonu seçirəm”.

Futbolçunun gülərək verdiyi cavabı azarkeşlərin bəziləri alqışlayıb.

Coy-Lens Mikels cari Premyer Liqa mövsümündə meydana çıxdığı 30 oyunda 17 qol vurub, 10 məhsuldar ötürmənin müəllifi olub. O, hazırda çempionatın ən sərrast 3 futbolçusundan biridir.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti