Premyer Liqanən 30-cu turu çərçivəsində keçirilən "Turan Tovuz" - "Sabah" görüşünü tanınmış aktyorlar canlı izləyib.
"Komedixana"dakı çıxışları ilə tanınan Ənvər Abbasovla Həsrət Həsrətov Tovuz şəhər stadionuna təşrif buyurub.
Tanınmışların arenada olmasından xəbər tutan azyaşlı və gənc izləyicilər fasilədə sürpriz qonaqlara yaxınlaşaraq onlarla xatirə şəkilləri çəkdirib.
Bu hal ikinci hissənin əvvəlində də təkrarlanınca, polislər və mühafizə əməkdaşları şəkil çəkdirmək həvəsində olanları VİP-lojadan uzaqlaşdırıb.
HƏBİB / SPORTİNFO.AZ

