Premyer Liqanın darvazasını aralamaq üçün 9 il gözləyən «Turan Tovuz» üzərində iki missiya daşıyır indi.
Biri elitada yerini qorumaq, biri də ölkə kubokunda mübarizəni davam etdirmək.
Bir əldə iki qarpız? Hələlik belədir. Ağır tapşırıqdır. Heyət və digər imkanlar eyni vaxtda iki yolda yürüməyə əl vermir. Futbolçu sayı və pul sayımı məhduddur.
Həm Əli aşından ola bilərlər, həm də Vəli aşından. İki marşrutdan biri seçilməlidir. «Turan» kubokda yarış meydanını nə vaxt rərk eləsə, klub yönətimi yerli publikadan narazılıq eşitməyəcək.
Əsas hədəf bu deyil axı.
Məqsəd Premyer Liqada qalmaqdır və komanda son həftələrdə çoxlu «qan itirib».
Turlar ötdükcə, aşağı sıralardakılarla aradakı xal fərqi sürətlə «əriməkdədir». Bu, təhlükəli nonsensdir.
«Kəpəz»in artıq onları haqlamasını başa düşməlidirlər. Gözləmək olardı bunu.
Sıradan çıxan futbolçuların fonunda belə halın yaşanması «Turan»a növbəti həftələrdə daha çətin sınaqlar vəd edir. Bu ağırlığı üzərindən atması üçün nə etmək lazım olmasını Ayxan Abbasov yaxşı bilir.
Belə «imtahanlar»ı o, az verməyib. Sadəcə, bilmək lazımdır: baş məşqçinin əli hara çatır. Ümumiyyətlə, çatırmı? G
ündə bir futbolçu zədə alır və kənara alınır. Öyrədilmiş qrup isə demək olar hər həftə tribunadan «istefa» qışqırır.
İkitərəfli təzyiqin üstünə gələk rəqib(lər)in yaxınlaşan nəfəsini.
ELNUR

