Premyer Liqanın 31-ci turu çərçivəsində keçirilən "Turan Tovuz" - "Sabah" görüşündə (0:2) maraqlı an yaşanıb.
Zədə səbəbindən oyunu davam etdirə bilməyən Tərlan Əhmədli ikinci hissənin gedişində Mehman Hacıyevlə əvəzlənib.
Həmin an Tərlan qolundakı kapitan sarğısını Mehmana həvalə edib.
Hacıyevin bazubəndi Premyer Liqa təcrübəsi zəngin olanlardan birinə ötürəcəyi gözlənilsə də, 28 yaşlı qapıçı sarğını öz qoluna bərkidib.
Ayxan Abbasovun bu tapşırığı maraöa səbəb olub.Sən demə, Premyer Liqada debüt edən qolkiper həmin an meydanda komandasının ən yaşlı futbolçusu imiş.
HƏBİB / SPORTİNFO.AZ

