Sponsor şikayətləri nəzər aldı, əlavə büdcə ayırdı, tapşırıq verdi

24 Aprel 2023 11:40 Turan 1 038
Sponsor şikayətləri nəzər aldı, əlavə büdcə ayırdı, tapşırıq verdi

Tovuz şəhər stadiounun qazonunun yenidən dəyişdirilməsi gündəmə gəlib.

Klubla 4,5 illik sponsorluq müqaviləsi imzalayan «Hünər Qrup»un təsisçisi Ehtiram Quliyev ot örtüyünün vəziyyəti ilə bağlı məşqçilərin şikayətini nəzərə alıb.

Ona bildirilib ki, futbolçuların tez-tez zədələnməsi və uzun müddətə sıradan çıxması sırf bununla bağlıdır.

Meydançanın durumunu incələyən iş adamı ötən ilin yayında AFFA tərəfindən salınan süni sahənin yararsız olmasını dəqiqləşdirib.

O, qazonun təbii otla əvəzlənməsini və bundan irəli gələn işlərin görülməsi üçün tələb olunan vəsaitin gələn mövsümün büdcəsinə daxil edilməsini tapşırıb.

Tanınmış biznes adamı həmsinin bazanın ərazisində yeni təbii meydançanın salınmasına da göstəriş verib.

Yardımçı sahə əsas və əvəzedici komandanın gündəlik hazırlıq prosesi keçməsi üçün istifadə olunacaq.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti