Premyer Liqanın 31-ci turunda keçirilən "Turan Tovuz" - "Sabah" oyununa (0:2) yerli azarkeşlərin böyük marağı müşahidə olunub.
Lakin nə qədər qəribə səslınsə də, klubun başbilənləri bu dəfəki matçı canlı izləmək üçün Tovuza təşrif buyurmayıb.
Mövsümün startından bu yana qərb təmsilçisinin prezidenti Oqtay Abdullayev hər oyunda VİP-lojadakı yerini tuturdu.
Kıubun baş sponsoru "Huner Group"un təsisçisi və rəhbəri Ehtiram Quliyev də həmçinin.
Səlahiyyətli şəxslərin heç biri bu dəfə gözə dəyməyib.
Maraqlamarkən, məlum oldu ki, Oqtay bəy səhhətindəki narahatlığa, Quliyev isə şəxsi işlərinə görə Tovuza gedə bilməyib.
HƏBİB / SPORTİNFO.AZ

