Uğurlu mövsüm keçirən "Turan Tovuz" iki cəbhədə də mübarizəni davam etdirir.
Azərbaycan Premyer Liqasında 6-cı pillədə qərarlaşan kollektiv demək olar ki, elitada qalmaq vəzifəsini vaxtından əvvəl yerinə yetirib.
Ölkə kubokunda isə yarımfinala kimi yüksələn bölgə komandası bu mərhələnin ilk oyununda güclü "Neftçi"ni məğlub etməyi (1:0) bacarıb.
Baş məşqçi Ayxan Abbasov indiki məqamda növbəti mövsümün planların qurmağı da unutmur.
Şəhriyar Əliyev, Denis Marandiçlə bir müddət əvvəl müqavilə müddətini uzadan qərb təmsilçisinin növbəti hədəfi Şakir Seyidovdur.
Təcrübəli mütəxəssis 22 yaşlı cinah müdafiəçisinin xidmətində yeni mövsüm də maraqlıdır.
Hazırda "Sabah" məxsus olan arxa xətt oyunçusu ilə danışıqlar davam edir.
Şakir özü də bu istəyə "isti" yanaşır. Qalır məxsus olduğu paytaxt klubunu razı salmaq.
"8 nömrə" bu mövsüm 32 oyunda forma geyinib və 2 asistlə yadda qalıb.
XANOĞLAN / SPORTİNFO.AZ

