Azərbaycandakı stadionda hamı marşı ayaqüstə alqışladı - VİDEO

22 Aprel 2023 23:00 Turan 839
Azərbaycandakı stadionda hamı marşı ayaqüstə alqışladı - VİDEO

Premyer Liqanın 31-ci turunda “Turan Tovuz” “Sabah”ı qəbul edib.

Oyunun bayram gününə və günortadan sonraya təsadüf etməsi yerli azarkeşlərin sevincinə səbəb olub.

Belə ki, mərkəzi tribunalarda boş yer tapmaq mümkün deyil. 3 minə yaxın tovuzlu sevimli komandasını dəstəkləmək üçün stadiona gəlib.

Matç başlamamışdan əvvəl arenada Eltun Alıyevin “Turan Tovuz” üçün yazdığı marş səsləndirilib.

Musiqi fanatlar tərəfindən coşqu ilə qarşılanıb. Böyük əksəriyyət marşı ayaqüstə alqışlayaraq, nəqarət hissəsini birlikdə səsləndirib.

HƏBİB / SPORTİNFO.AZ

Premyer Liqa oyunundan həmin xoş görüntünü təqdim edirik:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti