Cənubi afrikalı “Neftçi” haqda elə fikirlər səsləndirdi ki...

22 Aprel 2023 13:00 Turan 809
Cənubi afrikalı “Neftçi” haqda elə fikirlər səsləndirdi ki...

“Bu qələbə kollektiv zəhmətin bəhrəsi idi.

Meydanda olan hər bir futbolçu can qoydu, nəticədə layiq olduğumuz qələbəni qazandıq”.

“Turan Tovuz”un müdafiəçisi Xulu Siyanda Sportinfo.az-a açıqlamasında komandasının “Neftçi” üzərində əldə etdiyi 2:1 hesablı qalibiyyəti şərh edib.

Cənubi Afrikadan olan müdafiəçi hədəfə çatmaqlarında məşqçilər heyətinin əziyyətini xüsusi qeyd etməklə yanaşı, taktiki və texniki baxımdan düzgün davrandıqlarını vurğulayıb.

Bununla belə, final haqda düşünməyin tez olduğunu bildirib:

“Oyundan əvvəl məşqçilər heyəti rəqibi analiz edərək bizə lazım olan tapşırıqları vermişdi. Bizim üzərimizə düşən iş tapşırıqları dəqiq yerinə yetirmək idi.

Qələbə qazanmaq üçün taktiki və texniki baxımdan səhvlərə yol verməməliydik ki, bunu da bacardıq.

“Neftçi” haqda danışmaq artıqdır. Kifayət qədər məşhur, sevilən və güclü komandadır.

Belə rəqibə qarşı oynamaq hər imkanda ələ düşmür. Bizim üçün çox yaxşı təcrübə oldu.

Bu cür təzyiqin altında, üstəlik, belə rəqiblə oyunda qalib gəlməyimiz yerinə düşdü".

Komandalar arasında cavab görüşü aprelin 26-da “Bakcell Arena”da keçiriləcək.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti