“Neftçi” üzərində qələbəyə sevinən “Turan"da ACI XƏBƏR

21 Aprel 2023 17:20 Turan 1 225
“Neftçi” üzərində qələbəyə sevinən “Turan"da ACI XƏBƏR

Ölkə kubokunun yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində “Neftçi”ni məğlub edən “Turan Tovuz”da hələ ki, üzlər gülür.

Qərb təmsilçisi bütün cəhətlərdə özündən qat-qat üstün olan rəqibi 1:0 məğlub etdiyinə görə hər kəsin əhvalı yaxşıdır.

Lakin bu sözlər “Sabah”la oyuna qədər keçərlidir.

İş burasındadır ki, Premyer Liqanın 31-ci turunda baş tutacaq “Turan Tovuz” – “Sabah” matçına meydan sahibləri itkilərlə çıxacaq.

Komandanın əsas fiqurları – Tərlan Quliyevlə Kamal Quliyev, həmçinin Piruzi Marakvelidze ötən tur “Kəpəz”lə qarşılaşmada aldıqları qırmızı vərəqəyə görə cəzalı duruma düşüblər.

Adları çəkilənlərin hamısı oyunu kənardan izləmək məcburiyyətindədir.

Aprelin 21-də keçiriləcək “Turan Tovuz” - “Sabah” matçı saat 16:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti