Rəhbər şəxsdən REAKSİYA - "Neftçi" üzərində qazanılan zəfərə

19 Aprel 2023 21:00 Turan 1 073
Rəhbər şəxsdən REAKSİYA - "Neftçi" üzərində qazanılan zəfərə

"Turan Tovuz" Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk görüşündə qələbə qazanıb.

Doğma meydanda güclü "Neftçi"ni qəbul edən bölgə klubu minimalhesablı qələbəyə (1:0) sevinib.

Qarşılaşmada yeganə qolu moldovalı legioner Denis Marandiç 74-cü dəqiqədə qonaqların qapısında keçirib.

Final fitindən sonra Tovuz təmsilçisinin paltardəyişmə otağında əsl qələbəlik yaşanıb.

Futbolçu və məşqçi heyətinin sevincinə klubun sponsoru olun "Huner Group" şirkətinin rəhbəri Ehtiram Quliyev də qoşulub.

O, hər kəsi təbrik edib və ürək sözlərini deyib: "İstədiyimiz bu idi. Hər birinizə əhsən düşür. Bunu bacardınız. Hamınıza fəxr edirəm. Eşq olsun sizə".

Onun qısa nitqi hər kəsin güclü alqışı ilə yekunlaşıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti