Bu gün Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ikinci oyunu keçiriləcək.
«Turan Tovuz» doğma məkanda «Neftçi»ni qəbul edəcək.
Premyer Liqanın son turlarında istədiyi nəticələri qazana bilməyən qərb təmsilçisi üçün kubok yarışması böyük əhəmiyyət daşıyır.
Elitanın debütantı «ağ-qaralar»ı mübarizədən kənarlaşdırarsa, finalda «Qəbələ» - «Səbail» cütünün qalibini sınağa çəkəcək. Kuboku qazanmaq isə Tovuz klubuna tarixində ikinci dəfə avrokuboklarda iştirak haqqı tanıyacaq.
Komandanın qapıçısı Tərlan Əhmədov bu barədə Sportinfo.az-a deyib:
"Qarşıdan "Neftçi" ilə kubok oyunu gəlir. Çox çətin qarşılaşma olacaq.
Buna maksimum hazırlıqlı olmalıyıq. Allah xeyirlisini nəsib etsin.
Əoimizdən gələni edəcəyik ki, Tovuz camaatını sevindirək. Azarkeşlərdən də bizi.sonadək dəstəkləmələrini istəyirik".

