Yeni himayədar klub üçün 3 "qüllə" quraşdırdı

18 Aprel 2023 17:40 Turan 882
Yeni himayədar klub üçün 3 "qüllə" quraşdırdı

Tovuz stadionunda yenilik edilib.

Əsas tribunayla üzbəüz hissədə 3 «qüllə» (vışka) və diktor kabinəsi quraşdırııb.

Bundan sonra oyunlar həmin hissədən çəkiləcək. «CBC Sport»un əsas və yan kameraları o yerdə yerləşdiriləcək.

Bu iş klubun yeni baş sponsoru olan şirkət tərəfindən görülüb. «Hünər Qrup» yeniliyin tətbiqi üçün əlavə vəsait ayırıb.

Bundan öncə stadionda ilk dəfə tablo yerləşdirilib. Xarici şirkətə sifariş olunan elektron lövhə 30-35 min manata başa gəlib.

Son yenilik isə artıq sabahdan etibarən göz oxşayacaq. Ölkə kubokunun yarımfinal mərhələsi çərçivəsində «Neftçi» ilə ilk oyuna çıxacaq «Turan Tovuz» ekran başına keçənləri sevindirmək üçün xeyli xərc çəkməli olub.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti