"Huner Group"un "Turan Tovuz"a sponsor gəlməsindən sonra klubun problemləri tədricən həll olmağa davam edir.
İlk olaraq qısa müddətdə arenada tablo qurlaşdırılıb, istifadəyə verildi.
Artıq yayımla bağlı da şad xəbər almışıq.
Belə ki, yayım üçün lazım olan teleqüllələrin üçü də quraşdırılıb. Artıq kubok oyununa bu məsələ həllini tapmış olacaq.
Və oyun qarşı tribunadan yayımlanacaq.
Bu, təbii ki, azarkeşlərlə dolu tribunaların ekranlara daşınması deməkdir. İndiyə kimi isə ekran başından oyuna tamaşa edənlər azarkeşlərin yaratdığı gözəl mənzərədən məhrum idi.
Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində baş tutacaq "Turan Tovuz" - "Neftçi" oyunu sabah keçiriləcək.
XANOĞLAN / SPORTİNFO.AZ

