“Turan Tovuz” dünən Premyer Liqanın 30-cu turu çərçivəsində “Kəpəz”in qonağı oldu.
Qəbələdə keçirilən qarşılaşma Gəncə təmsilçisinin minimal hesablı qələbəsi ilə (0:1) başa çatdı.
Qərb derbisini izləyənlər arasında Tovuz təmsilçisinin sponsoru olan “Huner Group”un rəhbəri Ehtiram Quliyev də yer almışdı.
Rəhbər şəxs Sportinfo.az-a açıqlama verib.
O, “Şamaxı” ilə oyundan sonra bir qisim azarkeşin baş məşqçi Ayxan Abbasovun ünvanına istefa şuarı səsləndirməsinə münasibət bildirib:
“Bununla bağlı nə deyə bilərəm? Ayxan müəllim ilə biz hər zaman görüşürük, danışırıq. Tərəfdarlar emosiyaların ifadə etməyi normaldı.
Əsas odur ki, onları yönləndirən olmasın, fərqli tələbləri irəli sürən olmasın. Kim istəməz böyük uğurları?
Biz də çempion olmağı, yaxşı naliyyətlər qazanmağı istəyərik. Amma reallıqla danışmaq lazımdır.
Ayxan müəllimə tam güvənirik, arxasındayıq. Buna görə onunla üç illik müqavilə imzalamışıq.
Uzun bir yola çıxmışıq. Bunu dəyişmək kimi bir planımız yoxdur.
Bir yerdə başlamışıq, bir yerdə də addımlayacağıq”.
XANOĞLAN

