Belə yerli bölgə klubunun nəyinə lazımdır?

16 Aprel 2023 21:55 Turan 1 506
Belə yerli bölgə klubunun nəyinə lazımdır?

"Şamaxı" ilə oyundan sonra Ayxan Abbasovun ünvanına istefa şuarının səslənməsi gündəmi bir andaca dəyişdi.

Haqqlı suallar yarandı - Niyə?, Nə üçün?

Artıq bu suallarının müəyyən cavabı var. Məsələn, əsassız arqumentlərdən biri odur ki, yerli publika yerli futbolçuların oynadılmasında maraqlıdır.

Əslində mövsümün əvvəli baş məşqçi Ayxan Abbasov da bir neçə tovuzlunun heyətdə yer almasında maraqlı olmuşdu.

Amma daha artıq maaş qarşılığında Amil Yunanov "Şamaxı"nı seçmişdisə, Elvin Məmmədov dostu olan Cavid Hüseynovun yanına getməyə qərar vermişdi.

Bir sözlə, "Turan"da çıxış etmək şansını biri pula, digəri də dosta dəyişmişdi. Əvəzində hər iki oyunçu da Tovuza qonaq komandanın düşərgəsində gəlsələr də alqışlarla qarşılanmışdılar.

Bu gün normal karyerası olan yerli futbolçulardan yalnız Cavid Tağıyev komandada yer alır. Mövsümün əvvəli onun komandada qalmasına can yandıranları bir bilsəniz...

O da gah "gedirəm" dedi, gah da "gedəcəm", amma sonda saxlanıldı!

Bəs, arxada qalan müddətdə Tağıyev doğma rayonunun komandası üçün nə edib?

Heç nə!

11 oyunda 193 dəqiqə meydanda olub.

Nə bir qol vurub, nə də bir qol ötürməsi edib.

Heç hakim tərəfindən 1 sarı vərəqəyə də layiq görülməyib. Axı vərəqə ancaq intizamsız oyunçulara göstərilmir. Həm də döyüşən, mübariz xarakteri olan futbolçulara verilir.

Deməli, Tağıyev meydanda olduğu matçlarda ən azından vuruşmağı da bacarmayıb.

İndi siz deyin, belə yerli "Turan"a lazımdır?

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti