Premyer Liqanın 30-cu turunda gözlər Qəbələyə dikiləcək.
Gəncə şəhər stadionu təmirə bağlandığından, “Kəpəz”lə “Turan Tovuz” arasındakı qərb derbisi məhz kurort şəhərində baş tutacaq.
Tovuzlular prinsipial qarşılaşmada aparıcı futbolçuların xidmətindən yararlana biləcək.
Ötən həftəsonu Natan Oduva ilə Piruzi Marakvelidze zədə səbəbindən “Şamaxı”ya qarşı forma geyinə bilməmişdisə, bu dəfə hər ikisinin meydana çıxmaq ehtimalı yüksəkdir.
Natanla Piruzi zədəsini sağaldaraq kollektiv məşqlərə start verib. Onların “Kəpəz”ə qarşı oynamaq ehtimalı yüksək olsa da, start “11-lik”də yer alıb-almayacaqları oyun gününə olan son durumlarından asılı olacaq.
Əvəzində, Xulu Siyanda olmayacaq. “Şamaxı”ya qarşı 90 dəqiqə oynayan təcrübəli müdafiəçi zədədən əziyyət çəkir və fərdi şəkildə hazırlaşır.
Aprelin 16-da keçiriləcək “Kəpəz” – “Turan Tovuz” matçı saat 16:00-da başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ

