“Azarkeşlərin “istefa” qışqırması futbolçulara pis təsir edir.
Bəlkə də legionerlər başa düşmür, ancaq yerlilərə təsir edir, xüsusən də gənclərə”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Şamaxı” ilə baş tutan oyunun sonlarında yaşananlar haqda danışan “Turan Tovuz”un kaıpitanı Şəhriyar Əliyev deyib.
Qərb təmsilçisi Premyer Liqanın 29-cu turunda “Şamaxı” ilə qarşılaşmadan 1:1 hesablı heç-heçə ilə ayrıldı.
Komanda məğlub olmasa da, yeri azarkeşlərin bir qismin qarşılaşmanın sonlarına yaxın “istefa” şüarını səsləndirməyə başladı ki, bu, oyundan sonra da davam etdi.
Klubun icraçı direktoru Nadir Nəbiyev bir qədər gec tərpənsəydi, baş məşqçi Ayxan Abbasovun azarkeşlərlə insident yaşayacaqdı.
“Turan Tovuz”un təcrübəli futbolçularından olan Əliyev bazar günü yaşananlarla bağlı azarkeşlərə səslənib:
“Komandaya qarşı bu cür münasibətin duzgün olmadığını düşünürəm. Başa düşürəm, hər kəs qələbə istəyir, qələbə gözləyir.
Biz özümüz də meydana qalib gəlmək üçün çıxırıq. Bəzən alınır, bəzən yox. “Turan Tovuz” Premyer Liqaya yayda vəsiqə qazanıb.
Hansısa məqamlarda çətinliklərin olması normaldır. Hamımız əl-ələ verib, çətin dönəmləri birlikdə aşmalıyıq".
HƏBİB

