Tovuzdakı matəmin səbəbi nədir? - FOTOLAR

9 Aprel 2023 19:00 Turan 1 958
Tovuzdakı matəmin səbəbi nədir? - FOTOLAR

Premyer Liqanın 29-cu turu çərçivəsində “Turan Tovuz” doğma meydanda “Şamaxı”nı qəbul edib.

Oyun bazar günü keçirildiyindən, azarkeşlər Tovuz şəhər stadionunun əsas tribunalarını tam doldurub.

Lakin yerli komanda futbolsevərlərdən lazımi dəstəyi görməyib. Matçın əvvəlində nisbətən fəal görünən fanatların səsi irəliləyən dəqiqələrdə eşidilməyib.

Baş hakim Rəvan Həmzəzadənin bəzi qərarları tribunalarda etiraza səbəb olanda, bir də rəqib futbolçular qayda pozuntusuna yol verəndə ara-sıra səslər eşidilib.

Ümumi götürsək, “Turan Tovuz” şamaxılılarla görüşü sanki Tovuzda yox, səfərdə keçirib.

Halbuki, öncəki ev qarşılaşmalarında qərb təmsilçisi azarkeşlərindən istədiyi dəstəyi görürdü.

Ötən həftə “Sumqayıt”la, bu dəfə “Şamaxı” ilə oyunlarda tribunalara sükut çöküb. Görünür, tovuzlu azarkeşlər Premyer Liqaya ötən yay vəsiqə qazanan komandanın ilk ildəcə xarüqələr yaratmasını gözləyir.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti