"Turan Tovuz"un legioneri bu gün oynamayacaq

9 Aprel 2023 11:30 Turan 1 547
"Turan Tovuz"un legioneri bu gün oynamayacaq

"Turan Tovuz" Azərbaycan Premyer Liqasının 29-cu turunda doğma meydanda "Şamaxı"nı qəbul edəcək.

Sportinfo.az xəbər verir ki, qərb bölgəsi təmsilçisi bu oyuna bir itki ilə çıxacaq.

"Sumqayıt"la matçda zədələnən Piruzi Marakvelidze komandaya kömək edə bilməyəcək.

Gürcü yarımmüdafiəçi hazırda müalicə olunur. O, 10 günlük müalicə prosesindən sonra məşqlərə başlayacaq.

Qeyd edək ki, "Turan Tovuz" - "Şamaxı" qarşılaşması bu gün saat 16:00-da baş tutacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti