“Turan Tovuz”da PROBLEM

6 Aprel 2023 15:00 Turan 1 339
“Turan Tovuz”da PROBLEM

“Turan Tovuz” növbəti matçda da yeni transferlərin xidmətindən yararlana bilməyəcək.

Bölgə təmsilçisi bir müddət öncə transfer xəbərini elan etdiyi Roderik Millerin xidmətindən yararlanmaq üçün Peşəkar Futbol Liqasına müraciət edə bilmir.

Panama millisinin müdafiəçisinin sabiq klubundan FİFA-ya şikayət etdiyindən, məhkəmə prosesi uzanır. Bu isə Millerin transfer vərəqəsinin təqdim olunmasını yubadır.

Gecikmə ilə də olsa, rtıq ölkəmizə təşrif buyuran Divineh Nahın keçidinin həftəsonuna qədər həll olunacağı və PFL-dən qeydiyyatdan keçəcəyi gözlənilsə də, növbəti görüşdə meydana çıxacağı inandırıcı deyil.

Premyer Liqanın 29-cu turunda “Turan Tovuz” aprelin 9-da doğma meydanda “Şamaxı”nı qəbul edəcək.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti