“Turan Tovuz” yeni legionerinə qovuşub.
Daha əvvəl Panama millisinin müdafiəçisi Roderik Milleri sıralarına qatmış debütant Divine Nahı Azərbaycana gətirib.
Viza problemi ilə üzləşdiyi üçün Danimarkadan bura səfəri bir qədər yubanan qanalı artıq tibbi baxışdan keçib.
26 yaşlı mərkəz yarımmüdafiəçisi ilə bağlanacaq müqavilənin müddəti 3 ay+1 ildir.
Buna əsasən, ona ilk aylar 4000 dollar əməkhaqqı ödəniləcək. Növbəti sezonda isə qazancı bir qədər artırılacaq.
«Mançester Siti»nin yetirməsi 2014-2018-ci illəri İngiltərədə keçirib. Premyer Liqa təmsilçisi bu illər ərzində onu müxtəlif ölkələrin klublarına icarəyə verib.
«Stromsqodset» (Norveç), «NAK Breda» (Niderland), «FC Nordşland» (Danimarka), «Örebro SK» (İsveç) və «A.F.C. Tubize»da (Belçika) forma geyinib.
2019-cu ildə İsrailə yollanıb və bir mövsüm «Hapoel Ranana»nun uğurları üçün tər töküb. 2021-ci ildə Maltaya üz tutub,
«Mosta»nın şərəfini qoruyub.
Həmin ilin yayında isə bu ölkəni Litvaya dəyişib, o vaxtdan bəri «Kauno Jalqris»də özünü göstərib.
Qışda Rusiya "Kuban"ının düşərgəsində olub. Ancaq klubun fəaliyyətini dayandırmasından sonra işsiz qalıb.
SPORTİNFO.AZ

