Yeni transfer yoldaşlarını "zirzəmi"yə enməkdən xilas etdi - FOTOLAR

3 Aprel 2023 02:06 Turan 693
Yeni transfer yoldaşlarını "zirzəmi"yə enməkdən xilas etdi - FOTOLAR

Azərbaycan Premyer Liqasında sonuncu - IV dövrəyə start verilib.

Sportinfo.az xəbər verir ki, turnir cədvəlinin ikinci “beşliy”ində qərarlaşan “Turan Tovuz”la “Sumqayıt” üz-üzə gəliblər.

Tovuz şəhər stadionundakı qarşılaşma məhsuldar alınıb. Matçda hesabı 7-ci dəqiqədə meydan sahibləri açıblar.

\Natan Oduva fərqlənib. Cəmi 4 dəqiqə sonra Kamran Əliyev bərabərlik qolunu vurub.

33-cü dəqiqədə qərblilər yenidən önə keçiblər. Bu dəfə komandanın ən sərrast oyunçusu Runi Eva toru silkələyib.

Ancaq “gənclik şəhəri” təmsilçisi geridönüş etməyə müvəffəq olub. Əvvəlcə 58-ci dəqiqədə Dieqo Karioka penaltini dəqiq yerinə yetirib.

Qarşılaşmada son nöqtəni isə 68-cü dəqiqədə Kamran Əliyev qoyub. “Sumqayıt”ın qış fasiləsində heyətində cəlb etdiyi yarımmüdafiəçi dubla imza ataraq, komandasına 3:2 hesablı səfər qələbəsi qazandırıb.

90+4-cü dəqiqədə qonaqların kapitanı Vüqar Mustafayevin qırmızı vərəqə alaraq, meydandan qovulması da nəticəyə təsir göstərməyib.

Qalibiyyət sayəsində xallarının sayını 24-ə çatdıran “Sumqayıt” turnir cədvəlində yeddinci pilləyə yüksəlib. Altıncı sıradakı “Turan Tovuz” isə 28 xalda qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti