Niyə belə tələsdiz?

1 Aprel 2023 11:40 Turan 602
Niyə belə tələsdiz?

Bir arxayınlıq əmələ gəlib «Turan Tovuz»da.

Premyer Liqada yerlərini qoruyacaqlarına vaxtından xeyli əvvəl əmin olublar.

Bu da Ayxan Abbasovun işini çətinləşdirir, komandanı ziyana salır.

Debütant artıq 5 turdur ki, qələbəyə möhtacdır. «Turan»ın doğma publika önündə qazanmaq vərdişinin olmamasını da bunun üstünə gələk.

Qazandıqları xalların çoxunu səfərdə əldə ediblər və nə hikmətdirsə, «Turan» Tovuzda ev sahibinə yaraşan nəticələrlə azarkeşlərini sevindirə bilmir.

Ayxan Abbasovun komandaları həmişə «beton müdafiə» xəttiylə seçilib. Adını çəkdiyimiz baş məşqçinin ən üstün cəhətlərindən biri olaraq məhz bunu qeyd etmişik.

Di gəl, «Turan»dan söz düşəndə, biz bu üstünlükdən danışa bilmirik.

Fikrimcə, «Turan Tovuz» Şəhriyar Əliyevlə yeni müqavilə bağlamağa tələsdi. Bir az da gözləmək olardı. Düzdür, Şəhriyar komandanın aparıcı fiqurlarından biri sayılır və kapitan sarğısını qolunda gəzdirir.

Amma o, kapitanlığa layiq futbolu ilə etimadı doğruldurmu? Tez-tez səhvlərə yol verir və komanda artıq neçənci dəfədir ki, onun xətaları üzündən xal və ya xallar itirir.

Müdafiə mövqeyində çıxış etdiyindən, Şəhriyarın yanlışları daha çox diqqət çəkir və yoldaşlarına baha başa oturur.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti