
Növbəti mövsümün hazırlıqlarına indidən başlayan “Turan Tovuz“ üçüncü çalışmanı bitirib.
Şəhriyar Əliyev və moldovalı müdafiəçi Denis Marandiçi ilə sözləşmənin müddətini yeniləyən qərb təmsilçisi bu dəfə Ayxan Quseynovla razılığa gəlib.
«Zenit»in yetirməsi 1+1 illik kontrakta imza atıb.
1999-cu il təvəllüdlü forvard azərbaycanlı olsa da, Peşəkar Futbol Liqasında legioner statusu ilə qeydiyyata alınıb.
Cibində Rusiya pasportu daşıyan hücumçunun tezliklə AFFA tərəfindən milliləşdirilməsi gözlənilir.
SPORTİNFO.AZ