"Böyük qürur və sevinc hissi ilə müqavilənii uzatdım"

30 Mart 2023 00:50 Turan 301
"Böyük qürur və sevinc hissi ilə müqavilənii uzatdım"

"Turan Tovuz" müdafiəçisi Denis Marandiçinin müqaviləsinin müddətini 1+1 illik uzadıb.

Sportinfo.az xəbər verir ki, moldovalı sol cinah müdafiəçisi təəssüratlarını klubun mətbuat xidməti ilə bölüşüb.

26 yaşlı legioner sözləşməsini uzatdığı üçün sevincli olduğunu bildirib:

“İlk növbədə mənə göstərilən etimada görə klub rəhbərliyinə, baş məşqçimizə, məşqçi heyətimizə təşəkkürümü bildirirəm. Bizi daim dəstəkləyən azarkeşlərimizə də minnətdaram.

Hər zaman onların dəstəyini yaxından hiss edirik və bu bizim üçün çox vacibdir. Böyük qürur və sevinc hissləri ilə müqavilə müddətimi uzatdım.

Motivasiyam daha da artdı. Məqsədlərimizə çatmaq üçün çox çalışacağıq”.

Denis Marandiçi "Turan Tovuz"a qış fasiləsində keçib. O, qərb bölgəsi təmsilçisinin heyətində meydana çıxdığı 9 matçda 3 qol ötürməsi ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!