
Tovuz şəhər stadionunda yeni tablonun quraşdırılmasına başlanılıb.
Onun Premyer Liqanın 28-ci turunda "Sumqayıt"la ev oyuna qədər hazır olması planlaşdırılır.
Martın 31-də keçiriləcək matç saat 15:30-da başlayacaq.
Xarici şirkətdən alınan tablo "Turan Tovuz"a 35 min manata yaxın vəsaitə başa gəlib. Bu məbləği klubun yeni sponsoru Ehtiram Quliyev qarşılayıb.
SPORTİNFO.AZ