Məşhur klubun yetirməsi ölkəmizdə bu maaşa oynayacaq

27 Mart 2023 15:00 Turan 4 108
Məşhur klubun yetirməsi ölkəmizdə bu maaşa oynayacaq

Panama millisinin müdafiəçisi Roderik Milleri sıralarına qatan “Turan Tovuz” bu gün daha bir legionerə qovuşacaq.

Bölgə klubu bir müddətdir danışıqlar apardığı Divine Nahla razılığa gəlib və sənədləşmə problemini aradan qaldırıb.

Qanalının 26 yaşı var. Mərkəz yarımmüdafiəçisi mövqeyində çıxış edir.

Premyer Liqanın debütantı afrikalı ilə 3 ay+1 illik sözləşmə imzalayacaq. Buna əsasən, ona aylıq 4000 dollar əməkhaqqı ödəniləcək.

«Mançester Siti»nin yetirməsi 2014-2018-ci illəri İngiltərədə keçirib. Premyer Liqa təmsilçisi bu illər ərzində onu müxtəlif ölkələrin klublarına icarəyə verib.

«Stromsqodset» (Norveç), «NAK Breda» (Niderland), «FC Nordşland» (Danimarka), «Örebro SK» (İsveç) və «A.F.C. Tubize»da (Belçika) forma geyinib.

2019-cu ildə İsrailə yollanıb və bir mövsüm «Hapoel Ranana»nun uğurları üçün tər töküb. 2021-ci ildə Maltaya üz tutub, «Mosta»nın şərəfini qoruyub.

Həmin ilin yayında isə bu ölkəni Litvaya dəyişib, o vaxtdan bəri «Kauno Jalqris»də özünü göstərib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 11:00 Biri də sizin olsun…
22 Aprel 03:00 Nicat heç-heçə etdi
21 Aprel 22:55 Bəhanəyə yer qoymadı