Son transferlə bağlı hər kəsi maraqlandıran SUALIN CAVABI

25 Mart 2023 19:00 Turan 858
Son transferlə bağlı hər kəsi maraqlandıran SUALIN CAVABI

“Miller hələ tam hazır deyil.

Düzdür, fərdi məşq edib, amma bu, kollektiv çalışmaların yerini vermir”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov klubun yeni transferi Roderik Millerlə bağlı danışarkən deyib.

Panama millisində 30 oyunda forma geyinmiş 31 yaşlı müdafiəçi qərb təmsilçisi ilə 3 ay+1 il müddətinə müqavilə bağlayıb. Bu isə o deməkdir ki, Miller maya qədər etimadı doğrultmalıdır ki, yeni anlaşma qüvvəyə minsin.

Maraqlıdır, son transferin hazırkı durumu necədir? “Turan Tovuz”a nə vaxt kömək edə biləcək?

Ayxan bəy azarkeşləri maraqlandıran sualı cavablandırıb:

“Ümid edirəm ki, fasilə dönəmindəki bu iki həftə Miller üçün səmərəli olacaq. Hazırkı məqamda kollektivlə çalışmalarda daha çox iştirak etməlidir.

Hardasa 60-70 faiz hazır olduğunu deyə bilərəm. Fikrimcə, aprelin əvvəlinə qədər tam olmasa da, müəyyən mənada istədiyimiz formasını yığacaq.

Çalışacağıq ki, çempionat oyunlarında Millerə şans verək”.

Maraq üçün bildirək ki, Roderik Miller sol ayağı işlək olan mərkəz müdafiəçisidir.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti