"Uğursuzluq olarsa…"

25 Mart 2023 09:40 Turan 504
"Uğursuzluq olarsa…"

“Azərbaycanda futbolla əlaqədar ilklərin əksəriyyəti Tovuzdan başlayıb”.

Bu sözlər “Turan”ın yaradıcısı Vidadi Əhmədova məxsusdur.

Uzun illərdir bu sahədən uzaq düşmüş biznesmen sponsorların futbolun inkişafına kömək etməsinin xoş hal olduğunu deyib:

“Turan” ilk dəfə ölkəmizi UEFA Kubokunda təmsil edib. Həmin vaxt çox xoş hisslər keçirirdik.

Bu gün ölkədə futbol ictimaiyyəti böyüyüb. Xoş haldır ki, sponsorlar futbolun inkişafına kömək etmək istəyir.

“Huner Group”a, rəhbərliyinə təşəkkür edirəm. Futbolda eniş də olur, yoxuş da.

Ola bilsin, ilk vaxtlarda uğur alınmadı. Arzu edirəm ki, heç vaxt həvəsdən düşməsinlər.

Uğursuzluq olarsa, ondan dərs alıb, daha yaxşı olmaq, daha yüksək nailiyyətlər əldə etmək üçün çalışmalıyıq. Bu əməkdaşlıq hər iki tərəf üçün xeyirli olsun!”.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti