"Açığı, son günə kimi bilmirdik ki, bura gələcək, ya yox"

24 Mart 15:00 Turan 259
"Açığı, son günə kimi bilmirdik ki, bura gələcək, ya yox"

"Bu variant birdən-birə ortalığa çıxdı və onu dəyərləndirmək istədik".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov deyib.

Bilindiyi kimi, debütant Roderik Millerlə 3 ay + 1 illik müqavilə bağlayıb. Panamalı müdafiəçinin çıxışı məşqçilər korpusunu razı salarsa, sözləşmənin 1 illik növbəti hissəsi qüvvəyə minəcək.

“San Fransisko”nun yetirməsi olan Miller karyerası ərzində Meksikanın “Merida”, Kolumbiyanın “Atletiko”, Portuqaliyanın “Feyrense”,Qazaxıstanın “Okjetpes”, Perunun “Karlos Stein”, İraqın “Al Kuva” və “Al Mina” klublarının formasını geyinib.

30 yaşlı mərkəz müdafiəçi Panamanın əsas millisində 30 oyun keçirib və 1 qol vurub. O, “Al Mina”dan azad agent statusu ilə gəlib.

Maliyyə problemləri ilə üzləşən İraq təmsilçisi yanvarda bütün legionerlərini sərbəst buraxıb. Miller oyun praktikasının azlığtından əziyyət çəkdiyindən, hazırda fiziki cəhətdən hazır durumda deyil.

Arxa xətt oyunçusu formada olmamasının fərqindədir, odur ki, İraqda qazandığı puldan xeyli aşağı məbləğə Azərbaycana gəlməyə razılıq verib.

Onun burada 3 aylıq gəliri üst-üstə 15 min dolları ötməyəcək. Gələn mövsüm isə bu məbləğ 2-2,5 dəfə arta bilər.

A.Abbasov Millerin mövqeyində problemlər yaşadıqlarını deyib:

"Onunla iki həftədən çoxdur danışıqlar gedirdi. Bilirdik ki, İraqda problemi yaranıb.

Klubda maliyyə böhranı çıxıb, ona azad agent statusu veriblər. İki aydır oynamırdı. Açığı, son günə kimi bilmirdik ki, bura gələcək, ya yox.

Belə razılaşdıq ki, əvvəlcə üç aylıq müqavilə imzalayaq. Çünki oyun praktikası yoxdur.

Fiziki hazırlığı da qaydasında deyil. Yavaş-yavaş formaya düşməlidir.

İstədik ki, indidən gəlib Azərbaycan çempionatını tanısın. Üç ay adaptasiya prosesi üçün böyük müddətdir.

Fikrimcə, Miller formaya düşəndən sonra istər təcrübəsi, istərsə də səviyyəsi ilə komandamıza böyük fayda verəcək. Müdafiənin mərkəzində belə birinə ehtiyacımız var idi".

Digər Xəbərlər
Xəbər Lenti