“Bu klubda şəffaf iş qurulub, çalışdıq ki, uzunömürlü əməkdaşlıq quraq”

22 Mart 2023 19:40 Turan 810
“Bu klubda şəffaf iş qurulub, çalışdıq ki, uzunömürlü əməkdaşlıq quraq”

“Futbol əyləncə növüdür, onun bölgə üçün sosial və iqtisadi önəmi var”.

Bu fikirlər Futbolun İnkişaf Fondunun (FİF) icraçı direktoru Tural Piriyevə məxsusdur.

“Turan Tovuz”a yeni sponsor tapılmasında iştirak edən FİF-in rəhbəri bilidirb:

“Bu sponsorluq müqaviləsi böyük komanda işidir. İlk növbədə Tovuz Rayon İcra Hakimiyyətinin rəhbərliyinə təşəkkür edirəm.

Çox sevindirici haldır ki, həm “Turan Tovuz”, həm də icra rəhbərliyi bizə hər məsələdə kömək olub.

Futbol İnkişaf Fondunun Himayəçilər Şurasının üzvü, millət vəkili Qənirə Paşayevaya təşəkkür edirəm. Onun da bu danışıqlarda böyük rolu olub.

“Huner Group”la yaydan danışıqlara başladıq. Çalışdıq ki, uzunömürlü əməkdaşlıq quraq.

Burada biznes marağını qeyd etmək olmaz. Bu, bölgəsinə bağlılıq və fədakarlıqdır.

Ümid edirəm ki, “Huner Group”un bu fədakarlığı digər biznes adamları üçün simul olacaq. “

Turan Tovuz”da şəffaf iş qurulub. Bu da bizə klubun adından sahibkarlarla açıq şəkildə danışmağa imkan verir”.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti