Transfer üstünə transfer - “Mançester Siti“nin yetirməsi Premyer Liqamızda: SON DƏQİQƏ

22 Mart 2023 14:00 Turan 3 726
Transfer üstünə transfer - “Mançester Siti“nin yetirməsi Premyer Liqamızda: SON DƏQİQƏ

Transfer üstünə transfer - Premyer Liqa klubunda növbəti legioner: SON DƏQİQƏ

Mövsümün sonunu gözləmədən transfer çalışmalarına başlayan “Turan Tovuz” düşərgəsinə daha bir legioner dəvət edib.

Doqquz illik aradan sonra qayıtdığı Premyer Liqada uğurlu çıxışı ilə yadda qalan bölgə klubu bu dəfə Afrika bazarına üz tutub. Tovuz təmsilçisi Divine Nahı bura gətirib.

Qanalı oyunçusunun 26 yaşı var. Mərkəz yarımmüdafiəçisi mövqeyində çıxış edir.

«Mançester Siti»nin yetirməsi 2014-2018-ci illəri İngiltərədə keçirib. Premyer Liqa təmsilçisi bu illər ərzində onu müxtəlif ölkələrin klublarına icarəyə verib.

«Strømsqodset» (Norveç), «NAK Breda» (Niderland), «FC Nordşlland» (Danimarka), «Örebro SK» (İsveç) və «A.F.C. Tubize»da (Belçika) forma geyinib.

2019-cu ildə İsrailə yollanıb və bir mövsüm «Hapoel Ra'anana»nun uğurları üçün tər töküb. 2021-ci ildə Moltaya üz tutub, «Mosta»nın şərəfini qoruyub.

Həmin ilin yayında isə bu ölkəni Litvaya dəyişib, o vaxtdan bəri «Kauno Jalqris»də özünü göstərib.

Tovuz təmsilçisi ondan əvvəl Panama millisinin üzvü Roderik Millerlə müqavilə imzalayıb.

30 yaşlı müdafiəçi indiyədək “Merida”(Meksika), “San Fransisko”(Panama), “Atletiko Nasyonal”(Kolumbiya), “Feyrense”(Portuqaliya), “Okjetpes”(Qazaxıstan), “Al-Kuva” və “Əl-Mina”da (hər ikisi İraq) çıxış edib.

Qərb təmsilçisi müqavilənin müddəti və şərtləri barədə məlumat verməsə də, bilirik ki, anlaşma 1,3 illik nəzərdə tutulub.

İki aydır klubsuz olan panamalı Azərbaycana sərbəst agent statusu ilə gəlib. Belə ki, “Əl-Mina” yanvarın əvvəlində Millerlə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.

Bu da İraq təmsilçisinin üzləşdiyi durumla əlaqədardır. “Əl-Mina” sponsor dəstəyini itirdiyindən, cari ilin əvvəlində bütün əcnəbi futbolçuları ilə vidalaşmaq məcburiyyətində qalıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!