Yeni himayədar kluba ayırdığı vəsait barədə nə söylədi?

22 Mart 2023 11:20 Turan 453
Yeni himayədar kluba ayırdığı vəsait barədə nə söylədi?

“Göstərilən məbləğlər bizim üçün sərhəd deyil“

“Gizlilik öhdəliklərimizin biri sponsorluğun maliyyə həcmidir“.

“Turan Tovuz“u himayəsinə götürən “Hünər Qrup“un sahibi Ehtiram Quliyev bu açıqlama ilə çıxış edib.

Qərb klubu ilə 4,5 illik müqavilə imzalayan şirkətin təsisçisi anlaşmanın məbləği haqda yayılan xəbərlərə münasibət bildirib.

Belə ki, mediada illik rəqəmin 1-1,5 milyon manat təşkil etməsi yazılır. O, maliyyə detalları barədə bunları söyləyib:

“Göstərilən məbləğlər bizim üçün sərhəd deyil. Ehtiyaca görə əlavə maliyyə, digər sponsorların cəlbinə də baxırıq. İşə geniş miqyasda yanaşırıq.

İdarəetmədə köməkliklər etməyi planlaşdırırıq. Qarşılıqlı əməkdaşlıq edəcəyik“.

SPORTINFO/AZ

Digər Xəbərlər
Xəbər Lenti