“Turan” əvvəlki günlərinə qayıdacaq“ – İLK PREZİDENT

21 Mart 2023 20:40 Turan 454
“Turan” əvvəlki günlərinə qayıdacaq“ – İLK PREZİDENT

“Tovuz Azərbaycanda futbol bölgələrindən biridir“.

“Turan“ın ilk prezidenti Vidadi Əhmədov bu açıqlama ilə çıxış edib.

“Turan Tovuz“un həyatında baş verən son yenilikləri müsbət qiymətləndirən iş adamı bildirib ki, o, klubun perspektivi çox böyükdür:

“Burada çoxlu oyunçular yetişib. SSRİ vaxtı “Neftçi”də ayrı-ayrı dövrlərdə çoxlu tovuzlu futbolçular çıxış edib.

Gəncənin “Dinamo” klubunun oyunçularının yarısı bizim rayondan olub. Müstəqillik dövründə Tovuzda futbol inkişaf etdi.

Ölkəmizdə ilk peşəkar klub “Turan” da burada yaranıb. 2013-cü ildə klub yüksək liqanı tərk etdikdən sonra rayonda futbol enmə vəziyyətinə gəldi və inkişaf zəiflədi.

Dövlətimizin qayğısı nəticəsində AFFA və rayon rəhbərliyinin səyi nəticəsində futbol akademiyası yaradıldı. Bundan sonra futbolumuz yenidən dirçəlməyə başladı.

9 il sonra komandamız yenidən elitaya qayıtdı. Az müddət ərzində ortabab klublardan birinə çevrildik.

Klubun yaxşı çıxış etməsində əsas məsələlərdən biri rəhbərlikdə keçmiş futbolçuların təmsil olunmasıdır.

Bu yaxınlarda Tovuz ictimaiyyəti sevindirici xəbər aldı. “Huner Group” şirkətinin təsisçisi və prezidenti Ehtiram Quliyev Futbolun İnkişaf Fondu tərəfindən klubumuza dəvət olundu.

İnanıram ki, bu dəstək nəticəsində “Turan Tovuz” əvvəlki günlərinə qayıdacaq və ölkəmizi avrokuboklarda təmsil edəcək”.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti